Kəmalə Abiyeva Aydın qızı - Darıxacaqsan

Ədəbiyyat 13:32 / 05.05.2026 Baxış sayı: 188

 

Gecənin şeiri

 

Bir səhər qapını külək döyəcək,

Ümidlə qapıya boylanacaqsan.

Addım səslərinə möhtac yollartək

Bir səhər mənimçün darıxacaqsan.

Bir axşam aynanda yağış dinəcək

Sən də o yağışa qoşulacaqsan.

Kövrəlib pəncərə şüşələritək

Bir axşam mənimçün darıxacaqsan.

Sığınıb qəlbinin döyüntüsünə,

küləyin səsinə, yağış səsinə

hər səhər mənimçün darıxacaqsan

hər axşam mənimçün darıxacaqsan...

Hər səhər bir axşam ömrü bitəcək,

hər axşam bir səhər ömrü bitəcək.

Beləcə hər günlə ömür ötəcək

Bir ömür mənimçün darıxacaqsan,

Bir ömür səninçün darıxacağam.