Adil Şirin - GETDİM

Ədəbiyyat 08:28 / 07.03.2026 Baxış sayı: 247

*. * *

Axar sular durulmamış,

Su kimi axıb getdim.

Gözlərim yorulmamış

Dünyaya baxıb getdim.

 

Bu dünya bir aynadı,

Aynadan çıxıb getdim.

Bədəndə ruh oynadı,

Gülləmi sıxıb getdim.

 

Ölüm yendi buluddan,

Ölümü yaxıb getdim.

Şeir yazdım ümiddən,

Yandırıb yaxıb getdim...