Xatirə Fərəcli : - VAXT VAR İKƏN

Ədəbiyyat 12:44 / 15.08.2025 Baxış sayı: 2247

 

Vaxt var ikən

basaq bağrımıza hüznü,

çəkib içimizə duyaq səadəti,

sarılaq sevgiyə,

etiraf edək, sevdiklərimizə

onları necə sevdiyimizi

bircə çiçəklə,

bircə təbəssümlə,

bircə sözlə oxşayaq könüllərini,

qollarımızı geniş açaq

kainatı qucmuş kimi,

həzz alaq gözəlliklərdən

sevə-sevə,

doya-doya yaşayaq.