Xatirə Fərəcli - MƏNƏ NAĞIL DANIŞMA
Bir dünya nağıl olsan
Mənə nağıl danışma.
Rəfiqə Şəms
Qalmayıb əldə yaxan,
Yalan varsa, mən yoxam,
Belə nağıla toxam
Mənə nağıl danışma.
Inkar etmə bitəni,
Heç eləmə ötəni,
Denən:” Sevmirəm səni”
Mənə nağıl danışma.
Verdiyin ağrı bol-bol,
O sən ol, o da ki yol,
Get, yaşanmış nağıl ol
Mənə nağıl danışma.