Xatirə Fərəcli - BİR OVUC İSTƏK İDİ

Ədəbiyyat 13:13 / 22.01.2026 Baxış sayı: 1821

 

Sovuşdu qar sevdam da,

soyudu isti hisslər.

Çox gecikdim vüsala,

bəlkə də, küsdü hisslər.

 

Bir ovuc istək idi

ovcumdaca əridi,

susdu o çılğın həvəs,

öz içində kiridi.

 

Ən işıqlı diləklər

kölgələnib fon oldu.

Bir dünya həsrətimə,

istəyimə son oldu.