Xanım İsmayılqızı- İndi həmin həyətdə
İndi həmin həyətdə
rəngli çiçəklər açmır.
Tikanlar baş qaldırıb,
kəpənəklər də uçmur.
Yağışların döyməyə
pəncərəsi qalmayıb.
Küləklər azad olub,
qəhqəhəsi qalmayıb.
Gecə ilə gündüzün
üzünə də baxan yox.
Nə uzaqdan gələn var,
nə yoluna çıxan yox.
Sükutun özü belə
əvvəlkinə oxşamır.
Deyəsən həmin qadın
buralarda yaşamır.
2014.