Xanım İsmayılqızı - İlahi...

Ədəbiyyat 11:33 / 09.09.2025 Baxış sayı: 2634

İlahi,

Bir damla yağış çilə

susuzluqdan qurumuş

cadar-cadar torpağa.

Bəlkə sevgi çiçəkləri bitə...

Nisgil küləkləri tükənə...

Bəlkə onda

yağı ocaqları sönə...

Gecələrin yarasını,

Gündüzlərin qarasını

qat küləklərə...

 

İlahi,

Bir damla yağış göndər

Yaratdığına.

Sil apar,

Yu apar

sevgisiz doğulacaq

hər şeyi...

 

İlahi,

Bir damla yağış çilə

tənhalıqdan qurumuş,

cadar-cadar ürəyimə.

1991.