Vahid Aslan - Saxlamışam

Ədəbiyyat 13:15 / 07.11.2025 Baxış sayı: 1090

 

Bəxtimiz üzə güldü, bütövləşdik səninlə.

Bir isti yuva qurduq sevincinlə, qəminlə.

Özün üçün darıxsan,.. nəğmələrimi dinlə!

Məndən sonrakı ömrü sözümə saxlamışam.

 

Ən göyçək arzularım sevgimizdən doğuldu.

Qaranlıqlar qəlbinin işığında boğuldu.

Sən özün söyləmişdin: - Ən dəqiq rəssam odu!

Hər nazını çəkməyi gözümə saxlamışam.

 

Qayıtmaq istəyəndə hərdən uşaqlığıma,

Qaynar baxışlarınla sən gəlirsən ağlıma.

Bir gün ayrılığına əsir düşsəm, ağlama!

Sonuncu qurşunumu özümə saxlamışam.

07.11.2025