Tofiq Əmrahov - Yolum Bilgəhə sarı...

YAZARLAR 09:30 / 17.05.2026 Baxış sayı: 666

 

Üç gündür Bilgəhdəyəm. Bu gözəl Bilgəhdə. Ürək xəstəlikləri üçün əvəzedilməz Sanatoriya...Çox yerlərdən gəliblər müalucə üçün bu gözəl məkana...Əlqərəz mən də gəldim Həmkarlar təşkilatınınmı deyim, komitəsininmi deyim xətti ilə. Üç gündür gəldiyim...Maraqlıdır, çox maraqlı. Həm müalicə alırsan və həm də dincəlirsən. Gözəl- göyçək Xəzərin təmiz havasını udur, maraqlı hadisələrə şahidlik edib, günlərini mənalı keçirirsən. Nə isə...bu günkü həkimlə etdiyimiz dialoqu sizlərlə bölüşmək qərarına gəldim.

Gəncədə Xan bağında adət etdiyim kimi burada da gəzməyimdən qalmadım. Bu gün axşam saat 6- dır. Gəzirəm...yanımdan ağ xalatlı bir nəfər iri addımlarla keçib getdi. Dedim yəqin hansısa çağırışa tələsir. Gördüm yox, gedib , bir də qayıtdı. Elə həmin surətlə.

Mən sağla, həkim də eyni ilə öz yolu ilə...etmədim təmbəllik...Həkim, bir dəqiqə olar- dedim. Dayandı, buyurun, buyurun- dedi. Çox sadə geyimli, elə əynindəki xalat da sadə. Nə isə...Dedim həkim mənə tanınmış bir həkim gündə ən azı 5-6 km gəzməyi məsləhət gördü. Ancaq onu da tapşırdı ki, ürəyi yormamaq, yükləməmək şərti ilə.

Bəs ay həkim siz niyə sürətlə gedirsiniz. Belə çıxır ki, ya o həkim mənə düzgün məsləhət verməyib və yaxud siz ürəyinizi çox yükləyirsiniz?!- Bu sadə həkim...həqiqətən sadə həkim mənimlə söhbəti davam etdirdi. Və dedi:- Müəllim həmin həkim sizin ürəyiniz üçün o məsləhəti verib, düz də verib. Ancaq mənim ürəyim üçün deməyib axı...

Müəllim, burdakı müalicə həkiminiz kimdir?

--Şərif həkimdir-dedim

-Özü də səhv etmirəmsə Qazaxlıdır

- Yox, səhv etmirsən Qazaxlıdır. Hələ üstəlik mən də Qazaxlıyam...hər ikimiz güldük

- Həkim bir də dedi ki, o Şərif həkimə çatdır ki, Baş həkim dedi ki otaqda mürgüləməsin, xəstələrə lazımi məsləhətləri düzgün versin.

- -Siz baş həkimsiniz?- deyərək soruşdum.

- -Bəli. Nədir ki - oxşamıram?

- ...

- Nə isə baş həkimlə maraqlı, yadda qalan dialoqumuz alındı. Çoxdanın tanışları kimi, bir- birimizdən gülərək ayrıldıq...

- Bu sadə Baş həkimə uğurlar diləməyi özümə borc bildim. Uğur olsun həkim...

Adını deməyi də unutmadı- Araz həkim. Özü də təhsilini Amerikada aldığını da bildirdi. Yenə uğurlar