AKASİYA NƏĞMƏSİ - Agamir Cavad

Ədəbiyyat 17:36 / 17.05.2026 Baxış sayı: 524

 

"Sevdim səni, akasiya".

( S. Talıb)

Hüsnünə heyran fələk,

Eşqinlə vurur ürək.

Bəyaz libas geyinmiş

Bir nazənin gəlintək

Sevdim səni, akasiya.

Ətrin tutub aləmi,

Dağıdır dərd, ələmi.

Məni yoldan saxladın,

Dəyişmişəm qibləmi,

Eşqim açıbdır çiçək,

Sevdim səni, akasiya.

Ruhunun səsi kimi,

Bahar nəfəsi kimi,

Göylərdən göndərilmiş

Tanrı nəğməsi kimi

Çağlayır arzu, dilək,

Sevdim səni, akasiya.

Eşq ilə gəlib cana,

Ruh verirsən insana.

Hüsnün, gözəlliyinlə

Sənsən Xan Lənkərana

Göydən enmiş bir mələk,

Sevdim səni, akasiya.