“TƏBRİZDƏN ZƏLİMXANA SALAM!”

MƏDƏNİYYƏT 14:02 / 29.06.2026 Baxış sayı: 361

 

ADLI   AUDİODİSK   İŞIQ ÜZÜ GÖRÜB

 

Xalq şairi Zəlimxan Yaqub artıq on ildir ki, cismən həyatda olmasa da, bir-birindən gözəl şeirləri, poemaları, unudulmaz xatirələri ilə milyonların qəlbində yaşayır. Dünyasını dəyişməsindən keçən bu illər ərzində onun şeir poemalarından eləcə haqqında yazılanlardan ibarət ondan artıq kitab nəşr olunub.

Bu günlərdə aşıqların ifasında onun şeirlərindən ibarət audiodiskin Türkiyədə işıq üzü görməsi isə onun təkcə Azərbaycanda yox, bütün Türk dünyasında sevilən söz ustadı olduğunu bir daha göstərir. Bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Z.Yaqub irsinin yorulmaz tədqiqatçısı Musa Nəbioğlu bildirib ki, Z.Yaqubun şeirləri aşıqların repertuarında mühüm yer tutur indiyədək ayrı-ayrı aşıqların ifasında onlarla audio videodisklər buraxılıb. Türkiyədə yaşayıb fəaliyyət göstərən adamı Əli Poladın maliyyə dəstəyi ilə Volkanqrupu (bədii rəhbəri aranjmançı Aydın Mehdipur) tərəfindən ərsəyə gətirilən bu diskin özəlliyi isə ondan ibarətdir ki, burada dinləyicilər eyni şeiri sazın müşayiəti ilə həm Z.Yaqubun özünün, həm aşığın ifasında eşidə biləcəklər.

Türkiyədə ərsəyə gətirilən Əli Polad təqdim edir: Təbrizdən Zəlimxana salam!” adlı bu audiodiskdə şairin 12 şeiri (“Mən öz dastanımı yazıb gəlmişəm”, “Vəfalıymış”, “Bu yaşıl ağacın altı bizimdi”, “Gözəl dünya, gözəllərin var olsun”, “Gözəllər”, “Ay sədəfli saz”, “Belə qocalasan”, “Çəkərsiniz”, “Xatirələrdə”, “Dünya”, “Dedilər məclisdə bədnəzər olar “Allah, gözlərə bax”) Təbrizli aşıqlar Salar Mehdipur, Məhbub Əbdi, Əmir Novruzi Ramin Mollapur tərəfindənSultanı”, “İncəgülü”, “Dastanı”, “Bəhməni”, “Bayramı digər klassik aşıq havaları üstündə ifa olunub.

Audiodiskə əlavə olunan bukletdə limxan Yaqubun həyat yaradıcılığı barədə qısa bilgi verilir.