Şuşada bayram namazı qılınıb

Gündəm 11:55 / 16.06.2024 Baxış sayı: 1571

Qurban bayramı münasibətilə Şuşa şəhərində bayram namazı qılınıb.

Yenises.az xəbər verir ki, Bayram namazı Yuxarı Gövhər Ağa məscidində qılınıb.

İlk dəfə olaraq, ibadətdə şəhərə yenicə köçürülmüş sakinlər iştirak ediblər.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub.

Qeyd edək ki, indiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.