SÜLEYMAN   ABDULLA.- TƏKİ ADAMIN

Ədəbiyyat 09:25 / 11.02.2026 Baxış sayı: 447

 

Qövr edən söz varsa gərək deyilsin,

Gözü çıxılmasın təki adamın.

Qazancı çıxılsın, pulu yeyilsin,

Haqqı tıxılmasın təki adamın.

Olar qələbə də, yeniş də, - olar,

Yüksəliş də olar, eniş də olar.

Yeri dar da olar, geniş də olar,

Canı sıxılmasın təki adamın.

Çəkib-çəkdirməyə dərd-qəm tapılar,

Burda zillət boldur, haqq kəm tapılar.

Öyü yıxılana bir çəm tapılar,

Göyü yıxılmasın təki adamın.

10.02.2026