Şövkət Zərin Horovlu - Gördüm İlahi

Ədəbiyyat 12:24 / 07.11.2025 Baxış sayı: 982

Ömrümdə ilk dəfəydi ki, belə əvəz edilməz sevinc diyurdum.Tarixi zəfər günündə yazılan şeir.

 

Otuz il ömrümü qış yaşamışam,

Otuz il kipriyi yaş yaşamışam.

Çiynimdə yurd boyda dərd daşımışam,

Ölmədim ,bu günü gördüm ,İlahi!

 

Tarixin təkəri geriyə döndü,

“Şikəstə”miz yenə “Cəngi” yə döndü.

Sönük ürəklərə bir ümid endi,

Ölmədim, bu günü gördüm ,İlahi!

 

Qeyrət donu biçdi hər kəs əyninə,

Cəbhələr yardılar düz 44 günə.

Düşmın də mat qaldı gördüklərinə,

Ölmədim bu günü gördüm, İlahi!

 

Əl açıb Allahu-Əkbər -dedilər,

Souyuq səngərərdə gecəlıdilər.

Tarixə qan ilə yazıldı Zəfər,

Yaşadım, bu günü gördüm,İlahi!

 

8 noyabr 2020