Şərafət Şəfa - Ulduzlar əl edir, xəyal çagırır

Ədəbiyyat 09:05 / 22.01.2026 Baxış sayı: 1504

Ulduzlar əl edir, xəyal çagırır

Mən səni göylərdə gəzirəm, eşqim.

Sakit gecələrin sirin qoynunda,

Cənnət güllərində gəzirəm, eşqim.

 

Rəngbərəng yuxunun, xoşbəxt gecənin,

Yarpagı, böcəyi, mehi danışır

Axan ulduzları, buludu ayı,

Gündüzün sübh çağı, şehi danışır.

 

Yetim ulduzlar da xoşbəxtdi bizlə,

Biz bu gecələrin əfsanəsiyik.

Sən də pəncərədən səmanı izlə,

İkimiz bir eşqin kaman səsiyik!