Səməd Vurğun - VAR (Qəzəl)
Ədəbiyyat
10:01 / 30.06.2026
Baxış sayı: 488
Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var,
Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.
Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi,
Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var.
Can alan hər nəğmənin mə'nası yalnız eşqdir,
Göz görüb əl çatmayan yıldızlı bir dünyası var.
Dərdi-hicran günləriylə ömrü odlardan keçən
Hər könül bir karivandır ki, susuz səhrası var.
Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub,
Şe'rü sən'ət adlanan nazəndə bir Leylası var.
1937