Şahnaz Şahin - Ölməmişdən ölür şairlər..
...Xoşbəxtlikdən yazılmır xoşbəxt şeirlər..
suçəkən kağız kimidi,
hər gün bir az dərd çəkir canına.
Bir az eşq,
bir az ev.bir az vətən dərdi
qarışır qanına.
Bir az Yerdən,bir az Göydən azar götürür,
Gecənin bir vaxtı
gedib Ayın yanında özünə
məzar götürür..,
ölməmişdən ölür şairlər!..
Bəxti çırtlamaq əvəzinə
ürəyi çatlayır həmişə..
Qanı tökülə-tökülə,
ruhunu alıb çiyninə
gəlir mehraba...
Yalvarır Allaha bu dəfə,
"Nə olar,
çiçək ömrü vermə şairlərə,
lap əjdaha ömrü ver..."deyə!
Gendən baxıb
"Şair şeir yazır"
deyirlər..,
bəxtəvərlik verirlər!
Şahnaz ŞAHİN..