Bəhram Bilaloğlu - Gözlərindən süzülən
Ədəbiyyat
22:39 / 29.06.2026
Baxış sayı: 1039
Gözlərindən süzülən,
Göz yaşına heyranam.
Ey eşqə ağlayanım,
Gözlərinə qurbanam.
Eşqi uca tutanım,
Səni necə sevməyim?!
Fatimə balasından
Gəlir eşqi öyməyim.
Təcəlla edir könül,
Yetir eşq məktəbinə.
Göyərdir söz toxumun,
Yetişir səbəbinə.
Sözün elə əvvəli,
Nöqtəsi orda bitdi.
Əhli-beyti sevənlər,
Cənnətə burda yetdi.