Könül Nuriyevadan DÜŞÜNDÜRƏN  SUAL

YAZARLAR 09:48 / 30.06.2026 Baxış sayı: 413

Həyatım boyu çoxları kimi dərin sevmişəm, elə o ölçüdə də nifrət etmişəm, yəqin ki. Ən yaxınımı o dünyaya yola salmalı olmuşam. Buna sağalmaz xəstəlikləri, dost vəfasızlığını və sairəni də əlavə etmək olar. Hər birində, şübhəsiz ki, özümü itirmişəm, bu dünyadan ayrılmışam.

Amma muğamı canlı dinləyərkən yaşadığım hisslər heç birinə bənzəmir; heç nə onunla müqayisə oluna bilməz. Muğam evində siz də hər dəfə sanki milli genetik dünyanın ən dərin qatlarına enirsinizmi? Özünüzdən, real həyatdan ayrılırsınızmı?

Bilmirsiniz ki, hisslərin ən coşqun məqamındasınız, yoxsa bütün duyğularınız çıxıb gedib və yerində yalnız muğama qarşı izaholunmaz bir heyranlığınız qalıb. Və indi çox acizsiniz; söz adamı ola-ola sözləri tapa bilmirsiniz, halınızı təsvir edə bilmirsiniz.

Səbəb axtarmağa gedirsiniz: axı muğamın dərinliyindəki bu cazibə haradan, necə gəlir? Niyə məni belə heyran edir? İlk muğamı kim oxuyub, ilk boğazları kim yaradıb, ilk dinləyici kim olub?!

Hər şey köklərimizdədir. Ürək isə duyduğu heyranlıqdan susur və yalnız dinləyir.

Y