Şakir Xanhüseynli - Torpaq bizim çörəyimiz
Ədəbiyyat
12:10 / 10.06.2026
Baxış sayı: 508
***
Torpaq bizim çörəyimiz,
biz də torpağın yemiyik;
Artırıq bir-birimizlə--
biz torpaqla, torpaq bizlə...
Bəxtimizdə soyuq qış var,
üzü gülmür gələn yazın...
Ən son ümid yeri kimi
biz torpağın, torpaq bizim...
Bir xışma ovcuna alıb
dayana bilmirsən hissiz;
Heç misalı, puç misalı
biz torpaqsız, torpaq bizsiz..!