Şakir  Xanhüseynli - DƏ   NƏ

 

Ədəbiyyat 09:00 / 15.06.2026 Baxış sayı: 382

O quşun qanadlarına açılan

göy üzünə

bax

göyün üzü cırmaqlanar deyə

quşlar döşünü sıxır

ayaqlarına

bütün sevgilərə ayrılıqların təsdiq möhürü

dəyir

Keçdiyin yolun üstündə dayanan

cavan bir kötüyə salam verib

gördüm ah çəkdin

nəğməm qırıldı düz ucundan

Bəzi şeyləri düşünəndə

ömrünü büküb-bürmələyib

zibilliyə atmaq qərarını gizlətmirsən

nə göydən nə yerdən

hətta üzünü görməkdən nifrət etdiyin güzgülərdən

keçmir bu saat sənin

ağlından

yeri at bir daşa əlindən

təzə şumu vur

atına

ov olduğun alın

yazın

insan ovçuları

arxanda durublar arxan deyillər

onlar

gözünə baxarlar da

göz yaşına baxmazlar