Elnur Uğur - Ay qapımı döyən...
Ədəbiyyat
20:19 / 14.06.2026
Baxış sayı: 221
Ay qapımı döyən,
Yoxam,evdə yoxam.
Dünən çıxanam,
Hələ də qayıtmamışam.
Döymə bu sahibsiz evin qapısını,
Dəstəyini görmürsənmi
Təzə geyinib toz libasını.
Çağırma əks- səda verir səsin,
Diksinir pəncərələrdə əksin.
Ay qapımı döyən
Qayıt,
Mən qayıdanda gələrsən