Elnur  Uğur - Yenə gecə səikssizlik

Ədəbiyyat 06:01 / 13.06.2026 Baxış sayı: 314

Yenə gecə səikssizlik,

Sükut özünü sərib üstümə.

İçimdəki insan səsi batır öz içində.

Bu dəri qəfəsimdə

Çırpınır ruhum,

Tilova düşmüş balıq qəzəbidir hər an.

Dayan,

Bir səs gəlir uzaqdan

Qurtuluş uzaqda deyil.

Bu sükutu arxanca qaçdığın yemin əzabı bil

Əzab günahın savabıdır.

Savab açardır

Səsləri açmağa.

Səsi batirmağa nə var ki.

Bir səsə səs vermək

Qurtuluşdur.

Səs ver öz səsinə qurtul,

Ya ol,ya da ol.

Bu düsturla qur həyatını

Əzizinəmlə başladığıntək

Əzizinəmlə bitir bu ömür bayatını