DÜNYA DA BİR YOLDU,OĞUL-  Ağaevli Əli Hacı

Ədəbiyyat 11:35 / 15.06.2026 Baxış sayı: 258

 

(15 iyun 1991 - sənin doğum gününə)

35-yubiley yaşın mübarək,oğlum !

Olacaqların ipinin

ucun tut,

ağlına bağla !

Dünyanın gedişinə,

Yol olursan bu ağılla !

Tanrımızla aramızda,

Kimsəyə yer vermədim !

Şah bildim söyüd ağacın,

Sevdim,o da bar vermədi !

Bax,könlüm torpaq kimidir,

Ək,dolusun qaytaracaq,

Nəm-qəmini sinəmə sər,

Hamısını qurudacaq !

Gözlərim-çoxdankı ağrım,

Yüz faizlə görəmmədim !

Üstümə gəlib-gedəni,

Ağlımın gözüylə gördüm !

Əlini açıq saxlama,

Cibinə də bir şey saxla !

Əlinə əl çatmayanda,

Cibindən özünə ağla !

Dünya da bir yoldu,oğul,

Yar da keçər,hər yaranda !

Bircə,bu yolun içində

buraxma,özüy yanından !