Bəhruz Niftəliyev - KÜLƏŞ SEVDALAR
Lap ki darıxıram, bundan sənə nə?!
Gəlib muradıma çevriləcəksən?
Barışıb, alışıb, yanım nə fayda
Yenə gözlərimdən devriləcəksən!
Sevirəm, sezirəm məhəbbətini,
Yolunda həsrətdən ağaca döndüm.
İçim məni yedi, çölüm özgəni,
Qırıldım, qurudum, qaxaca döndüm!
İmtina edirəm mən öz eşqimdən,
Sözümdən, sirrimdən, mən öz şerimdən.
Nə oyun oynadıq, boyun qaçırdıq,
Nə mən günahımdan, nə sən səhvindən!
İndi də durulmaq vaxtıdır, gülüm,
İndi ki darılmaq zamanı deyil.
Qovuşmaq, yovuşmaq riyaymış, demə
Gözlərim “ayrılaq yalanı” deyil!
Həqiqət min arşın quyudadırsa,
Ruhumun səmt yeri qayadadırsa,
Nə günəş, nə küləş, Tanrı günahkar,
Əgər dodaqların quru dadırsa!
Lap ki darıxıram, bundan sənə nə?!
14.06.26