Ay Bəniz Əliyar - Çobanyastığı
Ədəbiyyat
09:55 / 15.06.2026
Baxış sayı: 325
Daha nə əziyyət verim mən sənə,
Özüm də bilirəm, sevir, ya sevmir.
Necə açıqlayım, sevgilər yenə
Qırılan ürəkmi, dağılan evmi?
Daha ləçəyini niyə yolum ki?
Niyə ayaqlara düşsün tellərin?
Tuta bilməməkdi, bəlkə də, sevgi,
Sevdiyin insanın isti əllərin.
Səni də görməzdən gəlirəm belə,
Səni də görəndə qaçıram uzaq.
Ağıla sığmayan diləklər ilə,
Mən də ləçəyini yolmuşam ancaq.
Hanı o vaxtım ki, ümidim idin?
Yolumun üstündə işıqdın axı.
Məni çox aldatdın, çox yalan dedin,
Sənə çox inandım, çobanyastığı.
Daha nə əziyyət verim mən sənə,
Özüm də bilirəm, sevir, ya sevmir.