Kəmalə Abiyeva : - ALDADILAN QADIN, ALDANAN QADIN
Ədəbiyyat
09:31 / 15.06.2026
Baxış sayı: 326
Həyat gözlərində dönər damlaya,
Aldanan qadının ürəyi gülməz.
Həyat gözlərindən düşər damla tək,
Səpilər, dağılar, yeri bilinməz.
Ömür yollarında kölgəyə dönər,
Sürünər, özünü daşıya bilməz.
Aldadılan qadın, aldanan qadın
Daha ümidlərlə yaşaya bilməz.
Öz ürəyi boyda bir daşa dönər
Aldadılan qadın, aldanan qadın.
Bir kərə ölməz ki, hər günlə ölər
Aldadılan qadın, aldanan qadın...
Ölümlə yanaşı yeriyər sanki
Aldadılan qadın, aldanan qadın.
Aldatmaq, aldanmaq çətin deyil ki...
Sevməsəz də onu qatil olmayın.