Şakir Xanhüseyn - YORĞUNSAN?
Dərdinə dərmanı dərdindən dilə,
get acına, qayıt bir şirin payla.
Döysən qapısını susuzluğunun,
səni sevindirər bir içim suyla...
Çörəyini istə ta aclığından,
acanda açılır süfrən, sev onu...
Yorğunsan? Bir ağır işdən yapış ki,
çıxara biləsən yorğunluğunu...
Özünü öldürmək fikrinə düş, hə,
həyata daha çox bağlanacaqsan...
İnamım qalmayıb de ki, heç nəyə,
o zaman nəyəsə inanacaqsan...