Şakir Xanhüseyn - SÖNÜB çoxu...

Ədəbiyyat 12:00 / 09.09.2025 Baxış sayı: 1963

SÖNÜB çoxu...

çiçəklər ətriylə solur,

kədərləri şeh olur.

uzaqların yaxınlığını eşitmişdim,

gördüm yaxınların uzaqlığını...

sönüb çoxu,

sınıb çoxu.

ayaq yorğunu yollar

sərilib yerə üzüqoyulu....

son nəğməsini oxumamış

vurulur qular,

axmır, baş götürüb

elə bil harasa gedir sular...

qələmlər üşüyür

sözlərin alovunda.

həyatlarımız çırpınır

ölümün tilovunda...