Şakir Xanhüseyn - MİNİCİKLƏR
***
dostluqlar getmir?
bir-birimizçün əhəmiyyətsiz olmuşuq...
***
yox, biz dözümlü deyilik,
sadəcə,
hələ bezməmişik...
***
saç ağ, bel bükük,
ovurd çökük...
***
istəmədən oldu hər şey,
istəyərək olmadı...
***
getmə, Allaha ağır gedər...
***
Bilsən, yollar da bir yaradı sanki,
addımlarımızı duz təki
səpirik bu yaraların üstünə...
***
hə, kölgən yüngüldür,
çox ağırdı, çox...
****
hara gedirsən get, bir yerə getmə...
***
Gedirsən?
Ayrılığı da özünlə apar...