Şakir Xanhüseyn : - GƏRƏK...
Ədəbiyyat
14:27 / 12.02.2025
Baxış sayı: 1668
Niyə deməyək
adam özünə bir gün gülə gərək,
daha bir gün ağlaya yox...
bir aydınlıq gülə adam,
bir işıq gülə,
gülə tuta adam adamı, gülə!.
Gərək ayağının altında qalan
qarışqanın qışqırığını
eşidə adam,
gərək işində adam ola,
işində adam!