Şakir Xanhüseyn : - Bir yola düşərsən

Ədəbiyyat 08:33 / 25.08.2025 Baxış sayı: 2079

**

bir yola düşərsən,

min bir yolla gedərsən bir gün, bir il,

bir ömür.

nələr görməzsən, nələr-

gözlərinə ağ gələr...

deyərsən ki, İlahi,

hey yol getməyimin,

bu yollarda ağ geyib

qara örtməyimin

bir səbəbi var:

daim istəmişəm bir yola çıxım,

bir yola- işığa,

bax ha...