Rəfail Tağızadə - Yağış da bir sevgidi

Ədəbiyyat 18:15 / 29.03.2026 Baxış sayı: 375

 

Sakitcə yağış yağır

gecənin gözlərindən,

kimsənin xəbəri yox,

pıçıltı sözlərindən.

 

Bir həzinlik gətirir

narahat sükutuma,

süzülür damla-damla

gecəmin umuduna.

Sığal çəkir üzümə,

məni təklikdə qoymur.

Yağış da bir sevgidi –

öpüşdən adam doymur.