Əlirza HƏSRƏT - YAĞIŞ SƏSİ

Ədəbiyyat 18:57 / 29.03.2026 Baxış sayı: 404

 

Bulud gözünü sıxmamış,

Yağmağa tələsdi yağış.

Az qalırdım çatam sənə,

Aramızı kəsdi yağış.

Hər damla bir şeir sətri,

Sonam,bəri ver o çətri.

Gözün tutub torpaq ətri,

Ay nə gözəl məstdi yağış.

Ad oldum yağış səsinə,

Üşüyən ruhum isinə.

Quşların zənguləsinə,

Qulaq verib susdu yağış.