QAÇAQ YUSİF

Elm 09:57 / 04.09.2024 Baxış sayı: 2204


(XX əsr Azərbaycanda kəndli hərəkatının tarixindən)

AZƏRBAYCAN (SSR) ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ
(Tarix, fəlsəfə və hüquq seriyası, 1985, № 1)

Tarix üzrə fəlsəfə doktoru AYDIN XƏLİL OĞLU ASLANOVUN araşdırmalarından

Tərcümə: (Rus dilindən)  MEHDİ CALAL; Filoloq, AYB-nin, AJB-nin üzvü, ARTİ-nin əməkdaşı

                                                     * * *

(Hacı Yusif Əli oğlunun rəhbərliyi altında qaçaq dəstəsinin fəaliyyəti haqqında)
XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda kəndli hərəkatının öyrənilməsi Azərbaycan tarixçilərinin əsas
vəzifələrindəndir. Bu sahədə İ. M. Həsənovun, Z. İ. İbrahimovun, M. A. İsmaylıovun, M. Qaziyevin araşdırmalarını göstərmək
olar. Lakin Azərbaycanın Zaqatala dairəsindəki kəndli hərəkatı tarixçilər tərəfindən qətiyyən öyrənilməyib. Zaqatala dairəsindəki
kəndli hərəkatının öyrənilməsi ciddi əhəmiyyətə malikdir və Azərbaycan kəndlərində sinfi mübarizəni işıqlandırmağa imkan
verir. XX əsrin əvvəllərində Zaqatala dairəsində Hacı Yusif Əli oğlunun başcılığı altında qaçaq dəstəsinin fəaliyyəti tarixçilərdə
xüsusi maraq doğurur.
Qaçaq hərəkatı Azərbaycan kəndlilərinin ən sərt mübarizə forması olub və bu hərəkatın Azərbaycanda əsas
mərkəzlərindən biri Zaqatala dairəsi idi. Axır vaxtlara kimi tədqiqatçılar Hacı Yusifin qaçaq dəstəsi barəsində bir-biri ilə əlaqəsi
olmayan, bəzən də ziddiyyətli məlumatlardan isdifadə edirdilər. Belə ki, C. P. Ağayan Hacı Yusifin qaçaq dəstəsinin XIX əsrin
son rübündə fəaliyyət göstərdiyini qeyd edir. (1;349). Həmin fakt başqa mənbələrdə də təkrar olunur. (2;196) Hacı Yusifin harda
və hansı tarixdə anadan olması və hansı şəraiddə həlak olması da məlum deyildi. Bəzi mənbələrdə Hacı Yusifin 1906-cı ildə
Telavi şəhəri yaxınlığındakı döyüşdə həlak olması göstərilir. (2;612). Bu səbədən Hacı Yusif Əli oğlunun fəaliyyətini inandırıcı
şəkildə işıqlandıran, Azərbaycan kəndli hərəkatının səlnaməsi barəsində bizdə dəqiq təsəvvür yaradan faktların aşkarlanması
çox ciddi məsələ hesab olunur. Bizim Azərbaycan SSR və Gürcüstan SSR mərkəzi arxivlərindən əldə etdiyimiz sənədlər XX əsr
Zaqatala qaçaqlarının fəaliyyətini aydın şəkildə təsvir etməyə imkan verir.
Qaçaq Yusif 1880-ci ildə Zaqatala dairsinin Qabaqçöl (Kovaxçel) kəndində anadan olub. Atası Əli Yusif oğlu 8 nəfərlik ailəyə
başcılıq edirdi. (3).
1903-cü ildə Zaqatala dairəsi polis və məhkəmə orqanları Yusifin doğma kəndindən çıxarılması barədə qərar qəbul edir.
Hakimiyyət özbaşınalığa tabe olmaq istəməyən Yusif polis təqibindən gizlənir və beləliklə “xalq qisasçısı” yoluna qədəm qoyur.
(4). Qaçaq Yusifin çar hakimiyyətinə, bu hakimiyyətin qulluqçularına, bəylərə və keşkelə sahibkarlara (Keşkelə yalnız
Zaqatalada mövcud olan sahibkarlıq növü olub.) qarşı apardığı inadkar mübarizədə onun yaxın silahdaşları İmam Mirzə

Məhəmməd oğlu və doğma qardaşı - 18 yaşlı Məhəmməd idi. (5). Onlardan başqa bəy istismarına qarşı mübarizəyə Şeyx
Məhəmməd Əli Musa oğlu, Əziz Molla İbrahim oğlu kimi şəxslər də Qaçaq Yusiflə birlikdə idilər.
Həbsdən qaçaraq silahlı dəstə yaradan Qaçaq Yusif zəhmətkeş kəndliləri istismar edənlərə qarşı qətiyyətli mübarizə apardı.
Belə ki, 1904-cü il 26 iyun tarixində Baləkən zənginləri Baxış Gözəlov və Molla Xəlil Molla Şaban oğlunun 2 min manatdan çox
pulu qaçaqlar tərəfindən kasıbların xeyrinə müsadirə olundu. Hacı Yusifin başcılığı ilə Qaçaq dəstəsi tez-tez polislərlə üzləşir,
çar məmurlarına və onların əlaltılarına hücumlar təşkil edirdilər. 1904-cü ilin 17 avqustunda və 5 oktyabırında Qaçaq Yusifin
dəstəsi ilə polislər arasında şiddətli atışma oldu. Bu atışma nəticəsində bir neçə qanun keşikçisi yaralandı. Oktyabrın 1-də
qaçaqlar Qabaqçöl kəndinin hökumət starşinasının evinə hücum edib tövləni yandırdılar və mal-qaranı kəsdilər. (6).
Qaçaqlar özləri qeyd edirdilər ki, Zaqatala dairəsinin hökumət adamları həmişə qanunu pozur, sakinləri sıxışdırır, rüşvət alır,
sakinlərin hüquqlarını nəzərə almırlar; beləliklə də bizi qanuna tabe olunmağa məcbur edirlər. Sakinlərin heç bir işi qanuna
əsasən həll olunmur. (7).
Zaqatala dairəsində qaçaq mübarizəsinin ən əlverişli forması “qanadlı dəstə “-lər təşkil etmək idi. Bu dəstələr 3-4 nəfər
atlıdan ibarət olurdu. Belə dəstələr düşmənə sarsıdıcı zərbə vurandan sonra asanlıqla dağlarda və sıx meşələrdə gizlənirdi.
Müxtəlif vaxtlarda Zaqatalanın və qonşu dairələrin kəndliləri də qoşulurdu.
Yalnız Zaqatala dairəsindəki fəaliyyəti ilə kifayətlənməyən Hacı Yusif tez-tez özünü qonşu ərazilərdə, Tiflis quberniyasının
Siqnax və Telavi qəzalarında, Yelizavetpol (indiki Gəncə) quberniyasının Nuxa qəzasında, Dağıstan vilayətində yaşayan
kəndlilərin köməyinə çatdırırdı. Qaçaqlar onları geyim və ərzaqlar təmin edən kəndlilərin dəstəyindən isdifadə edirdi. Əhali
qaçaqları təhdit edən təhlükəni əvvəlcədən onlara xəbər verir, lazım gəldikdə qaçaqları gizləyirdilər. Məhz həmin dəstəyin
nəticəsində Qaçaq Yusifin dəstəsi çar hakimiyyətini uzun müddət qorxu və həyacan altında saxlaya bildi.
Qaçaq Yusifin dəstəsi ilə qarşılaşarkən polislərin üzləşdiyi uğursuzluqlar Zaqatala dairəsinin hakimiyyətini bu dəstəni
zərərsizləşdirmək üçün yollar axtarmağa vadar etdi. 1904-cü il 9 noyabrda Laqodexidə keçirilən iclasda qaçaq Yusifin
dəstəsinin məhv edilməyi üçün bütün səyləri birləşdirmək, fəaliyyətləri razılaştırmaq qərara alındı. Bu işə rəhbərlik etmək
dağıstanın Qubinsk dairəsinin Ansuxa-Kapuçinsə ərazisinin rəisi ştabs-kapitan Novokovskiyə tapşırıldı. Bu qərar Tiflis

qubernatoru və Dağısan hərbi qubernatorları tərəfindən bəyənildi. (9). Dekabırın 21-də bu qərar Qafqazın baş rəisi knyaz Qolisin
tərəfindən rəsmiləşdirildi. (10).
Qaçaqlar və onların qohumlarına qarşı repressiyalar başlandı. Qaçaqların qohumlarını yurd yerlərindən ayırıb
Gürcüstanın Axalsix rayonuna köçürürdülər. Bunları nəzərə alan Qaçaq Yusif və İmam Mirzə Türkiyənin Bruss şəhərinə
yollanırlar. Onlar Nuxadan Bruss şəhərinə köçürülənlərə qoşulurlar. Bu zaman Qaçaq Yusif pasporta görə Nurməhəmməd
Səlim oğlu, İmam Mirzə isə Həbibulla Səlim oğlu adlarını daşıyırdılar. Bu işlərdən cəsuslar vasitəsiylə xəbər tutan hakim
dairələr Yusifi və İmam Mirzəni həbs etmək üçün Zaqatala dairəsinin Balakən ərazisinin rəsisi Kançelini Batuma göndərdilər.
Çünki Nuxadan köçürülənlər Bruss şəhərinə getmək üçün Batumda gəmiyə minməliydilər. Lakin Kançeli Batuma 1904-cü ilin 22
oktyabırında çatdı. İki gün əvvəl, yəni oktyabırın 20-də Qaçaq Yusif və İmam Mirzə artıq Türkiyənin ərazisinə keçmişdiər. Çar
höküməti İstanbuldan rus səfirliyi vasitəsilə kəndli hərakadının rəhbərlərini təhvil verməyi tələb etdi. Ancaq 1905-ci il 26 mart
tarixində səfirlik cavab verdi ki, hər iki şəxs 1904-cü ilin dekabırında Məkkəyə Həcc ziyartinə gediblər. (13).
Elə həmin vaxt rusiyada I rus inqilabı başladı. Zaqatala dairəsində kəndli hərakatı kəskinləşib küləviləşdi. Kəndlilər hakim
dairələrin və torpaq sahiblərinin tələblərini yerinə yetirmir, xəzinəyə vergi verməkdən imtina edir, hakimiyyətə silahlı müqavimət
göstərirdilər. Zaqatala dairəsinin rəisi Pavlov Qafqazın polis rəisinə yazdığı hesabatların birində göstərirdi: ”Xəzinəyə pul və
digər vergiərin verilməməsi barəsində elə güclü təbliğat aparılır ki, həmin vergilərin ödənilişi təmamilə dayandırılıb“. (14).
Bu şəraitdə, 1905-ci ilin may ayında Hacı Yusif və Hacı İmam Mirzə Zaqatala dairəsinə qayıtdılar. Dairədə qaçaq fəaliyyəti
yenidən işə saındı. Hacı Yusifin başçılığı altında qaçaq hərəkatının işğalçılara və dövlətə istiqamətlənməsi daha kəskin
aşkarlanırdı. Qaçaqlar bəylərin və qolçomaqların, varlı tacirlərin, fabrik sahiblərinin mülklərini qarət edib yandırır, bəzən qanun
keşikçilərini öldürürdülər. Zaqatalaya qayıtdıqdan sonra Hacı Yusifin ilk işlərindən biri 12 tütün plantatorunun tutulması idi.
(15). Hacı Yusifin fəaliyyəti ətraf rayonlarda kəndliəri ruhlandırır, analoji olaraq xalq qisasçıları dəstələri yaradılırdı. Bu dəstələr

Zaqatala dairəsindəki ən böyük ticarət obyekti olan Qax bazarının tacirlərindən, İngiloy-Ketuklo, Qaraqan, Qaşqaçay, Mallax
kəndlərinin zənginlərindən xərac alırdılar. (16).
Bəylər, keşkelə sahibkarlar, qolçomaqlar və tacirlər qaçaq Hacı Yusifin uzunmüddətli və uğurlu fəaliyyyətindən şikayətlənir
və öz hesablarına polis dəstəsi təşkil etməyi hakim dairələrə təklif edirdilər. Onlar özlərinin maliyələşdirdiyi bu dəsdənin
varlıların əmlakını və sürülərini müdafiə edəcəyinə ümidliydilər. (17). Yerli zənginlərin bu xahişini Zaqatala dairəsinin
hakimiyyəti bəyənsə də əyalət hakimiyyəti bu təklifi rədd etti. Çünki Qafqazın yerli əhaləsinin silahlandırılması məqsədə uyğun
deyildi. (18), (19).
Çar hakimiyyəti Hacı Yusifin dəstəsini məhv etmək üçün səy göstəriridi. Zaqatala dairəsinin coğrafi şəraiti və xalqın dəstəyi
Hacı Yusifə kömək edirdi. Zaqatala dairəsinin rəisi yerli dəftərxanaya “Dairədə və Siqnax uyezdində Hacı Yusifin dəsdəsinin
yaratdığı gərginlik və qorxu” barəsində məlumat vermişdi. (20).
Çarın cəza dəsdələri qaçaqlara qarşı hətta artilleriyadan da istifadə edirdi. Buna baxmayaraq qaçaqlar hər dəfə cəza
dəstələrinə itkilər yaşadırdılar. (2; 612). 1905-ci ilin 17 avqustunda Hacı Yusifin dəsdəsi ilə Loriysk piyada ehtiyat polkunun elə
bir qarşıdurması baş verdi ki, bundan sonra hərbiçilər qaçaqlarla vuruşmaqdan imtina etdilər. Qafqaz canişininə verilən
müxtəlif məlumatlarda deyilirdi: “Toqquşma hakim dairələrin qaçaqlarla mübarizədə gücsüzlüyünü bir daha göstərdi və xalqın
dövlətə deyil, qaçaqlara rəğbətini artırdı, xalq anladı ki, Qaçaq Yusifə qarşı görülən tədbirlər mənasızdır.” (21).
Qaçaq Yusifin başçılıq etdiyi dəstə ilə mübarizədə dairə hakimiyyətinin gücsüzlüyü Qafqaz canişini Voronsof-Daşkovu öz
adyutantı polkovnik-leytenant Romanovskini Zaqatalaya ezam etməyə məcbur etdi. Romanovski keçirilən əməliyyatların
uğursuzluğunun səbəblərini araşdırmalı idi. (22).

Hacı Yusifin dəstəsinin “görünməmiş cəsarətli fəaliyyətini” təsvir edən Romanovski 1905-ci il, 27 oktyabr tarixində
dəftərxanaya verdiyi məlumatda yazmışdı: “Dairə rəhbərliyi çox süni şəkildə öz icraçılarının Hacı Yusifi həbs etmək və ya məhv
etmək iqtidarında olmadıqlarını göstərir və beləliklə Hacı Yusifi əfsanəvi quldur şəklində təqdim edirlər.” (23).
Çar hakimiyyəti Hacı Yusufin belə uzunmüddətli və uğurlu fəaliyyətindən çox narahat idi. 1905-ci ilin dekabrında Zaqatala
dairəsinin rəisi Qafqaz polisinin rəisinə bildirir ki, Zaqatalada kəndli hərəkatı partizan müharibəsinə çevrilir. Polis sədlərinin
gücləndirilməsinə baxmayaraq 1906-cı ilin əvvəllərində Nuxa uyezdindən bir neçə qaçaq dəsbəsi Zaqatala dairəsinə keçir. Dairə
rəhbərliynin məlumatına görə bu dəstələr Qaçaq Yusifin dəstəsi ilə birləşmək fikrindəydilər. (25). Qafqaz polis idarəsinin
Şirinkinin canişinə verdiyi 16 fevral 1906-cı il tarixli raportunda hakimiyətin qaçaq hərəkatı qarşısında panikaya çevrilmiş
qorxusu təsdiq edilərək göstərilir: “Yusiflə mübarizə günün ən vacib məsələsidir. Çünki onun ələkeçməzliyi onu
məşhurlaşdırır. (26). Dairəyə 1905-ci ilin axırında əlavə hərbi qüvvə, məhz Tver draqun polku göndərildi. (27). Dairənin yerli
hakimiyyətini gücləndirmək üçün Qafqaz Canişininin adyutantı polkovnik–leytenant Romanovski dairə rəisi təyin edildi.
Romanovski qaçaq hərəkatını kökündən ləğv etmək üçün bütün enerjsi ilə işə başladı. Təcili surətdə 52 polisdən ibarət əlavə
komanda yaradıldı. Hərçənd bunun üçün Qafqazın mərkəzi hökümətindən icazə adlınmamışdı. Bunlarla kidayətlənməyən yeni
rəis Zaqatalanın qiyamçı kəndlərinə qarşı Rusiya Daxili İşlər Nazirliyinin məsləhətçisi Durnovun 24 dekabr 1905-ci ildə 14646
saylı tövsiyələrini də tətbiq etmək üçün Voronsov-Daşkovdan icazə istədi. (28).
Çar hökümətinin qaçaqlar və onların tərəfdarlarına qarşı tədbirlərinin heç biri uğur qazanmırdı. Repressiyaların
güclənməsinə baxmayaraq Zaqatala əhalisi qaçaqlara hər cür yardım və dəstək göstərirdi. Dairə rəisinin general Şirinkinə 8
fevral 1906-cı il tarixli raportunda göstərir ki, Qabaqçöl və Balakən kəndlərinin sakinləri Qaçaq Yusifi inadla gizlədirlər. Nə
gözətçi dəstələrinin zabitlərlə birgə kəndləri yoxlaması, nə nolkobnik-leytenant Romanovskinin bu kəndlərdə olması gözlənilən

nəticəni vermədi. Kəndliləri qorxutmaq mümkün olmur. Əksinə, görülən tədbirlərə cavab olaraq Hacı Yusifin qaçaq dəstəsi
Zaqatala şəhərindən cəmi 6 verst aralıda yaşayan məhkəmə deputatı Potievin mənzilinə basqın etdilər. Dairə rəisi özünün
çarəsizliyini boynuna alaraq məlumat verir: ”Öz vasitələrimizi tükənmiş hesab edirəm...” Romunovski çar hökümətinin cəza
dəstələrinin Qabaqçöl kəndinə göndərilməsini, ekzekusiyanı (fiziki cəzanı), kəndlilərdən pul şəklində girov alınmasını qaçaq
dəstəsinin öhtəsindən gəlmək üçün yeganə vasitə hesab edirdi. (29). General Şirinkin bu təklifi bəyənir və Qafqaz canişininə
hesabat verərkən bildirir ki, “bu sərt və amansız tədbirlər təxirəsalınmaz zərurətdir, Yusifin həyasızlığı bütün sərhədləri keçib.”
(30). 1906-cı il fevralın 20-də Tver şəhərindən 43-cü draqun alayının 4-cü eskadronu Qabaqçöl kəndində yerləşdirildi və kənd
icmasından 11000 rubldan çox girov alındı. (31).

Bunlara baxmayaraq qaçaqlar mübarizəni davam etdirirdilər. 1906-cı il fevrralın 24-də polis zabiti forması geyinmiş
Hacı Yusif öz dəstəsi ilə günün günorta çağı Telari şəhərindən 14 verst kənarda şosse yolunda 4 dilcansa basqın etdi. Bir
gözətçi öldürüldü, xeyli tütəng,patron və pul ələ keçirildi. Lakin polislər qaçaqları təqib edib nəzarətdə saxlaya bildilər və
fevralın 25-də Telavi uyezdinin Kvarel ərazisində Hrem bağlarında onlara çatdılar. Qarşıdurmada Yusifin adamlarından biri
yaralanıb əsir düşdü. Fevralın 27-də köhnə Həvəzlər kəndindəki atışmada Hacı Yusif özü ayağından yaralandı, başqa bir qaçaq
isə həlak oldu. (32). Bundan sonra qaçaqları Zaqatala dairəsinin Siqnax uyezdinin polisi təqib etməyə başladı. Poruçik
İzmaylovun rəhbərliyi ilə 35 nəfərlik cəza dəstəsi həmin polis komandasına qoşulmuşdu. (33).
Yaralı Hacı Yusifə müalicə olunmaq üçün gizlincə Kovaxçel kəndinə keçmək müyəssər olur.

O, kəndli Musa Məhəmməd oğlunun evində məskunlaşır. (34). Ekzekusiyanın və girovun ağırlığı öz sözünü deyir. Üç
gündən sonra Hacı Yusifin harda gizlənməsi barəsində də məlumat polisə verilir. (35). Arxiv mlumatlarına görə bu “xidmət”i
polisə kəndxuda Ramazan Məhəmməd Səlim oğlu göstərir. (36). Martın 13-dən 14-nə keçən gecə poruçik İzmaylovun rəhbərlik
etdiyi cəza dəstəsi Hacı Yusifin gizləndiyi evi mühasirəyə alır. Gecə saat 2-də polislər evə daxil olurlar. Ev sahibəsi evdə heç
kimin olmadığını qışqıraraq deyib qaçaqları xəbərdar edir.
Polislər qaçaqların gizləndiyi otağı açmağı tələb edəndə ev sahibəsi “açar itib”- deyə cavap verir. Polislər qapın sındırıb
açarkən otaqdakılar atəş açırlar. Atışma nəticəsində və sonraki əlbəyaxa döyüşdə qaçaq Əli yaralanıb həlak olur, iki polis də
yaralanır. Atışma vaxtı evdə işıq sönür. Qaranlıqdan istifadə edən Hacı Yusif evdən çıxa bilir. Lakin evi mühasirəyə alan polislər
onu atəş açaraq yaralayır. Martın 15 də gecə Zaqatala şəhərindəki lazaretə (hərbi tibb məntəqəsi) gətirilən Hacı Yusif orda
keçinir. (37). Hacı Yusifin həlak olması Zaqatala dairəsində kəndli hərəkatının qarşısını ala bilmir. Hacı Yusifin silahdaşı Hacı
İmam Mirzə bu mübarizəni davam etdirir.
Hacı Yusifin başçılığı altında qaçaq hərəkatı Rusiya çarizminin ictimai və milli irticasına qarşı kəndli mübarizəsinin təcəssümüdür.

Qeyd: Azərbaycanda geniş yayılmış qaçaq hərəkatı kəndli çıxışlarının özünəməxsus formalarından biri idi.
Aqrar münasibətlərə və kəndli hərəkatı tarixinə həsr ollunmuş bəzi əsərlərdə qaçaq hərəkatı əsaslı öyrənilməmişdir.
XX əsrin əvvəllərində Zaqatala dairəsində Hacı Yusif və onun qaçaq dəstəsinin döyüşü tarixi məqalənin əsas məzmununu təşkil edir. Məqalədə Qaçaq
Yusifin fəaliyyət göstərdiyi yer, onun doğulduğu və öldüyü illər haqqında sənədlər yeni materiallar əsasında düzgün göstərilir. Əsərdə verilən materiallar, əsasən yenidir, sovet tarixi elminə ilk dəfə gətirilir... (1985-ci il)
Tarix üzrə fəlsəfə doktoru; A. X. Aslanov