Gülnar  Ümid - SƏNİ

Ədəbiyyat 19:14 / 16.04.2026 Baxış sayı: 212

Zaman asdım taleyin divarından,

Saxlamadı nə ay, nə gün, il səni.

Ayaqların yol götürüb apardı,

Qayıdıb gəl yaddaşımdan, sil səni,

 

Bir vaxt gözlərindən baxan gözümə,

İndi susub şəkil baxır üzümə,

Güzgü tutub bir -birinin üzünə,

Yada salır dodaq səni, dil səni.

 

Bilə-bilə mənə gendən baxırsan,

Baxışınla yandırırsan, yaxırsan,

Nə olsun ki, bir şəhərlik yaxınsan,

Çağırmağa gümanım yox, bil səni