"Poeziyamızın Bəxtiyarı"

MƏDƏNİYYƏT 18:55 / 16.08.2025 Baxış sayı: 4587

Bu gün - 16 avqust 2025-ci il tarixdə AYB Lənkəran Bölməsi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə "Poeziyamızın Bəxtiyarı"adlı anım tədbiri keçirildi.

Tədbirdə Bakı şəhərindən qonaqlar,bölgə yazarları,mədəniyyət işçiləri,məktəb şagirdləri,ziyalılar iştirak etdilər.

Tədbir şəhidlərin və yubilyarın anımı, Dövlət himninin səsləndirilməsi ilə başlanıldı. Sonra Mədəniyyət Mərkəzində şair qəzəlxan Xatirə Xatun ,əməkdar artist Suceddin Mirzeyev , mədəniyyət işçisi Habil Alievin münsifliyi ilə Bəxtiyar Vahabzadə poeziyası üzrə keçirilən qiraət müsabiqəsinin qalibləri mükafatlandırıldı .

Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev,AMEA Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid Şöbəsinin müdiri,professor Vaqif Yusifli, tanınmış Qeyri Hökumət təşkilatının sədri, hüquqşünas yazıçı,publisist Şəmsəddin Əliyev, şair Ağamir Cavad,yubilyarın tələbələri yazıçılar Allahverdi Bayramı və Səyavuş Süleymanlı çıxış etdilər.

Müsabiqə qalibləri tərəfindən Böyük Şairimiz Bəxtiyar Vahabzadənin poeziyasından ifa olunan şeir nümunələri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.