Növbəti köç karvanı yola düşdü - Laçın şəhəri və Zabux kəndinə 

MƏMLƏKƏT 08:33 / 28.02.2024 Baxış sayı: 1366

Bu  gün, yəni  fevral ayının 28-də  "Oobu Park-3"-dən  Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Yenises.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Bununla ümumilikdə Laçın şəhərinə 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).