“Müəllimə ən böyük qiyməti Atatürk verib”
Dahilərin kəlamlarına diqqət etdikcə aydın olur ki, müəllimə ən böyük qiyməti Atatürk verib.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli deyib.
O, daha sonra müdriklərin kəlamlarından sitat gətirib:
"Elm Allahın yer üzündə qoyduğu əmanətdir, alimlər isə onun elminin əmanətləridir". (Məhəmməd Peyğəmbər)
***
Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır. (Mustafa Kamal Atatürk)
***
Mənə bir hərf öyrədənin köləsi olaram. (Hz.Əli)
***
Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir. (Atalar sözü)
***
Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımıram. (D.Roman)
***
Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. (A.Karrel)
***
Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. (Aristotel)
***
Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)