AY INSAN OĞLU -Idris Babayev
Taleyin yazılıb hələ bətində,
Günəş xidmətində, Ay xidmətində,
Yaradan yanında olur çətində ,
Sənə gələn yollar olsa da bağlı,
Nədən narazısan, ay insan oğlu.?
Qapqara olubdur saçın dənəcən,
Nə qədər əzizin gedib sənəcən,
Tövbəyə vaxt verib ta ölənəcən,
Nə dilin, nə əlin deyil buxovlu,
Nədən narazısan, ay insan oğlu.?
Tək səni yaradıb faili- muxtar
Günahı Onda yox, özündə axtar,
Sənə söz verdiyi vədəni tutar,
Onun nə qızı var, nə də ki oğlu,
Nədən narazısan, ay insan oğlu.?
05.11.2026