...Bir daşı boynunda daşıyan adam - Xanım İsmayılqızı

Ədəbiyyat 10:06 / 05.11.2026 Baxış sayı: 572

...Bir daşı boynunda daşıyan adam,

Əllərin hardadı, tapa bilmirsən?

Bu yükü ürəkdən oxşayan adam,

Hələ ki, yükündən qopa bilmirsən?..

 

Bir daşın üstündə oturub yenə,

Gözlərin yollanıb görünməzliyə.

Təpədən dırnağa yaşın içində,

Hörülüb qalmısan bölünməzliyə.

 

Bir daşa söykənib nəfəs almağın,

Nəfəs verməyəcək daşa dönənə.

Özünə baş vurub üzə çıxaran,

Elə bənzəyirsın qoşa dönənə.

 

...Bir qaşın altında, bir gözün üstə,

Daşlar arasında yaşayan adam.

Bir daşın altında, bir daşın üstə,

Daşdan daş çıxarıb daşıyan adam...

5 noyabr, 2026.