Böğaz - Fərhad Tapdıqoğlu

YAZARLAR 09:33 / 05.11.2026 Baxış sayı: 519

(qısa hekayə)

...Böğaz-ı ağrıyırdı,boğaz-ında "qlanda" ( artıq ət) vardı... Bir boş-boğaz tanışı " boğaz-ını kafedə yaşdıyandan" sonra onlara gəldi.Masanın üstündəki mer- meyvələrdən ağzına dürtüşdürərək,boğaz-ından içəri ötürə- ötürə hey üyüdüb tökürdü ..."Görüm elə yediyin boğaz-ında qalsın"- ürəyindən keçirdi tanışının boş-boğaz-lığından,düşük- düşük danışdıqlarından boğaz-a yığılsa da birtəhər dözürdü. Boş-boğaz tanışı isə hey danışırdı.Boz İnəklərinin də,qara qoyunlarının boğaz olduqları xəbərini dil boğaz-a qoymadan ona çatdırdı...

Tanışının " söhbəti" gəldi çıxdı Dardanel böğaz-ı haqqında sorğuya.Sonra boğaz-ını irəli uzadaraq uzun-boğaz çəkmə aldığından danışdı,dar boğaz-lı cürdəkləri olduğunu dedi ona.

O ,boğaz-ını bir neçə dəfə arıtladı...

İstədi dursun zəvzəkliyi ilə onu boğaz-a yığan tanışının boğaz-ından yapışsın. Özünü güclə saxladı.

Tanışı onun pörtüb,bir əli ilə özünün ağrıyan boğaz-ından tutduğunu görüb, qorxdu, sağollaşmadan aradan çıxdı...

...Tanışının danışdıqları onun boğaz-ından keçmədi...