"  ...Kişinin borcu, müstəntiqin vəzifəsidir."

YAZARLAR 14:28 / 11.09.2025 Baxış sayı: 4486

     Cəmi bir həftə əvvəl Azərbaycanın tanınmış hüquqşünaslarından olan Şamil Bağırov

da dünyasını dəyişdi. Ömrünün 40 ilini prokurorluq orqanlarında işləyib

adi müstəntiqlikdən rayon prokuroru vəzifəsinə qədər yüksələn Şamil Bağırov bu illər

ərzində  yüzlərlə cinayət işini başa çatdırmış, ənqatı cinayətlərin üstünü açmışdır.

Tanıyanların dili ilə desək, Şamil müəllim olduqca ədalətli, cəsarətli, öz işini dərindən

bilən, qanunun tələblərini qanunauyğunluğu ilə yerinə yetirən, cinayətkarında,

zərərçəkənində hüququnun ədalətli qorunmasına bütün varlığı ilə ürəkdən çalışan bir

müstəntiq, prokuror olmuşdur.

 Şamil Əhməd oğlu Bağırov 1935-ci ildə Füzuli rayonundakı Əhmədbəyli kəndində

anadan olmuşdur. Həmin kənddəki orta məktəbi, daha sonra isə Azərbaycan Dövlət

   Universitetinin  hüquq  fakultəsini  ( indiki Bakı Dövlət Universitetini) bitirmişdir.  İlk əmək fəaliyyətinə

Qazax rayon prokurorluğunda  müstəntiq kimi başlamışdır.

         Biri-birimizi tələbəlik illərindən tanısaqda, xoş, səmimi münasibətlərimiz  o,

Qazax  rayonunda prokurorluqda müstəntiq işləyəndə başladı. Bir erməninin nankorluq

etməsi və günahlarını Azərbaycanlıların üstünə atması, yuxarı təşkilatlarda oturan bir çox

ermənilərində  onu müdafiə etməsi haqqında redaksiyaya daxil olmuş məktubdakı faktları

dəqiqləşdirmək üçün Qazaxa, Şamil müəllimin yanına getmişdim. Otağa girəndə ilk

diqqətimi çəkən  stolun sol tərəfindəki lövhədə iri hərflərlə yazılmış “ Ədaləti

mükafatsız bərpa etmək kişinin borcu, müstəntiqin vəzifəsidir.”

sözləri məni elə tutdu ki, Şamil müəlimlə görüşməyi unutdum.

 Nə isə, məqsədimi bildirəndə dodaqları qaçdı:Bir ermənidən ötrü, hamısıda yüksək

vəzifəli bəlkə on adam xahiş edib. Yuxarıdan zəng edənlər nəinki kömək, hətta onun

azadlığa buraxılmasını tələb edirdilər .  “Sabah məhkəmədir, ədalətsizlik edib, haqqı-ədaləti

pozsalar, bu dəfə də mən  yazacam”- dedi.

          Qazaxdakı bu erməni əhvalatı barədə az sonra Qazaxlı Kosa müəllimlə “Azərbaycan

gəncləri” qəzetində “Kəlbəlayı Akop Əfəndi” adlı  felyeton dərc etdirdik. Azərbaycanlı adı

altında dələduzluq edib, kolxozun mal heyvanını aparıb Tbilisi bazarında satdıran erməni

Akop öz layiqli cəzasını aldı. Bu işə görə Respublika prokurorluğu Şamil Bağırovu

mükafatlandırdı.

    Şamil müəlim sonralar bir müddət Sabirabadda, Lənkəranda, Sumqayıtda, Bakı

şəhər prokurorluğunda,Cəbrayıl rayon prokururu olanda da ,  Respublika prokurorluğunda  yüksək vəzifələrdə işləyəndədə öz

əqidəsinə sadiq qalmışdır. Özünün dili ilə  desək o, hər yerdə “...kişinin borcunu,

müstəntiqin vəzifəsini” layiqincə yerinə yetirmişdir. Ən ağır, necə deyərlər düşünülmüş

halda törədilən, açılmaması üçün üstünə əvvəlcədən min bir örtük çəkilən neçə cinayətlərinüatünü

məhz Şamil Bağırov açmış, cinayətkarlar layiqli cəzalarını almışlar.

           Şamil Bağırov qatı cinayətkarlığa qarşı qətiyyətli olduğu kimi, xırda, adi

səhlənkarlıqdan yaranmış cinayətlərin aradan qaldırılmasında, cinayətkarın cəzasının

ədalətli həlli üçün  əlindən gələni edərdi. Bəzən ən təcrübəli vəkillərin bilmədiklərini də

o, cavabdehlərə öyrədərdi. Bu barədə uzun illər Sabirabad rayonunda çıxan “ Muğan”

qəzetinin redaktoru, rəhmətlik Məmmədağa İsayevin dedikləri maraqlıdır:

 Rayon Milis idarəsinin ( indiki polis) İqtisadi Cinayətkarlığa qarşı mübarizə 

şöbəsinin əməkdaşları araşdırma apararkənkənd mağazasında beş yüz manata qədər

çatışmazlıq aşkarlamış, mağaza müdiri həbs olunmuşdu. Polisin aşkarladığı bu işi rayon

prokurluğunda yenicə işə başlamış Şamil Bağırov aparırdı. Həbs olunmuş mağaza

müdirini də, onuna ailəsini də yaxşı tanıyırdım. İki uşağı ali məktəbdə oxuyurdu. Həyat

yoldaşı pambıqçı idi. Tanınmaza - bilməzə jurnalist hədiyyəsi kimi bir qələmdə götürüb

gənc müstəntiqin yanına xahişə getdim. Tanış olduq. Ailənin çətinlikləri haqqında

danışdım. Mal heyvanlarınısatıb yanınıza gəlmək istədiklərini dedim. Şamil müəllim

sözümü kəsdi, bir xeyli sakit dayandıqdan sonra məni sorğu- suala tutdu. Sonrada

seyfindən qiymətli bir qələm çıxardıb mənə bağışladı: - Nə mənə, nədə  heçkimə heç şey

lazım deyil- dedi.  Gedib mağazadakı çatışmazlığı ödəsinlər, qalanı mənim boynuma.

        Səhəri gün beş yüz manatı ödəyib, mağaza müdirinin tələbə qızları ilə Şamil

müəllimin yanına getdik.  Heç yarım saat keçməmişdi ki, Şamil müəllim neçə gündən

bəri həbsdə saxlanılan mağaza müdirinin azadlığa buraxılması haqqında sənədləri

hazırlayıb polisə göndərdi. Sonrada gülə-gülə:- Üstünüzə haqq qoymuram- dedi. Dövlətə

və hər hansı bir şəxsə vurulmuş ziyanın qabaqcadan könüllü ödənilməsi cəzanı

yüngülləşdirir.

 Şamil müəllim el arasında ən hörmətli , sayılıb seçilən prokuror vəzifəsində

işləyəndədə, təqaüdə çıxıb tanınmış bir idarədə hüquq şöbəsinin rəisi olandada, öz

 ləyaqətini həmişə hərşeydən üstün tutub, haqqın tərəfində olub. Ermənilər

silaha sarınıb, qonşu Azərbaycan kəndlərini çapıb talayanda, bir ov tüfənginə görə

özümüzünkülərə min bir əziyyət veriləndə Şamil müəllim üzdə qanunu müdafiə edib,

silah gəzdirməyin  qadağan olunduğunu desə də, arxada çox şeyə göz yumurdu. Axşamlar

Cəbrayıllı gəncləri başına yığıb, sərhəd kəndlərinə gedərdi.Kəndli gənclərlə dərdləşəndə:

“ Bu günün əsas qanunu vətəni, torpağı qorumaqdır. Bu məqsədlə atdığınız hər bir

addımda mən sizinləyəm” deyərdi. Araz qırağı kəndlərin ermənilərlə sərhəd kəndlərə

maddi və mənəvi köməkliyini təşkil edərdi.

  Yadımdadır,bir dəfə May bayramı ərəfəsində o vaxt Respublika Nazirlər Sovetində

şöbə müdirinin müavini işləyən, rəhmətlik Rüfət Əsədovla xəbərsiz-ətərsiz

Füzuliyə , sonralar otuz ildən çox erməni əsarəti altında qalan kəndimizə getmişdik.Rüfət

müəllim gözlənilmədən Xudafərin körpüsünə baxmaq istədiyini bildirdi.Maşınlara əyləşib

iş günü olmasa da Cəbrayıla,  rayon prokuroru Şamil Bağırovun yanına getdik. Amma Şamili Horovlu(səhf etmirəmsə)

kəndindəki kəhrizin üstündə tapdıq. Söhbətdən aydın oldu ki, əslində mən bunu

çoxlarından,

Cəbrayıllı dostlarımdan eşitmişdim ki, Şamil Bağırov Bakıdakı dostlarının köməyi ilə

Cəbrayıla bir neçə su mühəndisi gətirdib.Onların köməyi ilə rayonun kəndlərində ki

qurumuş yaxudda qurumaqda olan kəhrizlərin bərpası ilə məşğul olur. Həmin gündə

Horovludakı doqquz ildən artıq suyu gəlməyən kəhrizin açılış mərasimi idi. Bu mərasimdə

 çox adam danışdı. Suyu qurumuş kəhrizlərin bərpasındakı xidmətlərinə görə Şamil Bağırov

haqqında xoş sözlər dedilər. O, xoş sözlərin birini indidə xatırlayıram. Ağzının

yaşmağını sivirən ağ saçlı bir qadın şırıltı ilə axan suyu ovuclayıb  üzünə çırpdı, sonra iki

əllərini yuxarı qaldırıb Bu kəhrizində doxsan yaşı var, mənimdə. Mən  bu prokurora da

bu  kəhrizin yaşı qədər ömür arzulayıram-dedi.

   O qadının arzusu, diləyi yerinə yetdi. Cəmi iki ay əvvəl Şamil Bağırovun doxsan

yaşını qeyd olundu. Bir həftə öncə isə Şamil müəllim dünyasını dəyişdi.

 

     Allah rəhmət eləsin.

                                                  Asif Quliyev