Kəramət : - TƏMƏNNALI MÜNASİBƏTLƏR MÜHİTİNDƏ

YAZARLAR 08:39 / 17.06.2024 Baxış sayı: 2304

 

heç ummadan, ürəyinin ucundan belə heç nə keçmədən nəsə edirsənsə, şübhələnirlər. Bunu çox çoxdan iliyimə qədər hiss eləsəm də idiot yanaşmamdan Məcnuanə əl çəkə bilmirəm. Bir ədəbi müzakirə cəhdimdə yenə eyni qarşılaşma;

--Yox e, burda nəsə var...

Tələbə yoldaşım da qayıdıb ki, Kəramət tələbə vaxtı da beləydi, biz dəyişdik, o, ədəbiyyata münasibətdə də, insanlara münasibətdə də elə həmin adamdı.

Sevgidə, dostluqda, alim, şair, deputat olmaqda belə həyatdan təmənna-umacaq var.

Niyə biz sadəcə sevə bilmirik?

Elə bilirsiniz özümdən xoşum gəlir?

Özünü dücar etdiyi əzabdan Sizif zövq alırmı?