Kəramət : - DƏYİŞİN VƏ DƏYİŞDİRİN

YAZARLAR 08:19 / 07.05.2024 Baxış sayı: 907

 

...BİZİM ŞEİRİMİZDƏ

... ən çox işlənən ifadələrin siyaHIsını çıxarsanız fiziki-yaşam, düşüncə -ruh halımızın bədi koordiqramını görərsiniz: Göz yaşı, yağış, sarı yarpaq, İlahi yalvarışları,dua, qarğış tipli kəlmələr, keçmişə-xatirələrə qaçış-bugünü yaşaya bilməmək, arzusu-sabahı olmamaq..

ŞƏRƏFSİZLİYƏ, YALAQALIĞA HƏSƏD ƏXLAQSIZLIĞIN MÜKAFATLANMASININ YARATDIĞI MÜHİTDİR.

Həyatın rəngarəngliyi azaldıqca bədi dilimizdə-lüğət tərkibində qısırlaşma , daralma , sıxılma başlayır, özü-özünü tükədir.

Bədi dil öz qaynağını ümumdildən, Yaşamdan, həyatın özünün dinamizmindən , doğub torəməsindən, qazanılan iqtisadi, elmi nailiyyətlərdən alır., PARDON, ƏGƏR VARSA.

Dərdin fəlsəfəsi yerinə mərsiyyəçilik, meyxanacılıq və BUlar xalq şairləridi, hər gün zəhərləyirlər ruhunuzu, anormaliya yayırlar.

Normal inkişaf-qidalanma olmayanda fiziki və mənəvi anormallıq inkişaf edir

və ən dəhşətlisi bu anormal fiziki, MƏNƏVİ ƏXLAQSIZLIQ TƏBLİĞ OLUNDUQCA artıq cəmiyyət də bunu adi hal kimi qəbul edir, normal düşüncəyə, adama yer qalmır. Belədə hamı eyniləşir, həyata eyni "qarmoşkadan" baxır, oturub günlərini sayır ki, nə zaman fiziki varlığının puçluğu heçliyə çevriləcək.

Ən az rast gəlinən ifadə isə Günəş, Gülüş-dü...Sevgidi.

Ayrılıq sevmək üçün deyil. Şerimiz gülümsəməyi, düşünməyi yadırğayıb.

Son vaxtlar bir-iki Həyata Normal baxışlı-yanaşmalı şeirə rast gəlməyim sevincimə səbəb oldu. Əslində, bədii mətn deyil, həyatı, yaşadığı halı görməkdi...

..Hə, belə-belə işlər. Hamı biri-birinin kədəriylə-sözüylə rol oynayır..

Heç olmazsa, kədəriniz biri-birinə oxşamasın.

DƏYİŞMƏMƏKDƏNSƏ ƏN PİS DƏYİŞİM YAXŞIDI.