“Kanal 13”ün aparıcısı HƏBS EDİLDİ

KRİMİNAL 19:38 / 02.12.2023 Baxış sayı: 2087

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub.

Yenises.az xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub.