Kamalə Abiyeva : - Mən Cıdır düzündəyəm.

Görülən işə necə baxmaq-görmək də var. Azad olunmuş ərazilərə keçəndə yaşanan hisslər bir başqadı. Ordumuzun kənd-kənd irəlilədiyini görürsən elə bil. Dağılmış evlər, orda nə vaxtsa yaşayan insanlar…Birinci savaşın şəhid məzarları. Şəkillər.
Yəni gəlib görməyi hamı istər. Təkrar gəlməyi də. Heç bir xərc çəkmədən gəlməyi də istəyərik. Təbiidi. AYB katibləri də olmalıdı. Başqa necə olar? AYB işçilərindən təkrar gələnlər var. Bu da təbiidi. Amma dəfələrlə deyildi ki, gedənlər müraciət etməsin. Heç getməyənlər gedəcək. Əl çəkməyənlər də var. Yəni mən kimin neçənci dəfə gəldiyini bilmirəm, amma ödəniş- filan olmayıb axı.
Nəsə dəb düşüb, tənqid edirmiş kimi təhqir etmək. Hər kəsin izləyiciləri özünə uyğundu . Bilir ki, guya tənqid yazsa, hökmən təhqirli şərhlər olacaq. Məncə o təhqirli şərhlər o statusu yazana aiddir həm də.
Bu görülən işin yaxşı tərəfi yoxmu? Bu qədər insanı gətirirlər. Bir manat xərcləmədən qalırıq burda. Müxtəlif tədbirlər təşkil olunur. Fizulidən keçirsən, Hadruta boylanırsan, Şuşada olursan.
Mən şəxsən 40 ildən sonra gəldim. Birinci il heç can atmadım-psixoloji gücüm çatmadı. Nəsə. Dəqiq bilmədiyinizi yazmayın. Pislə bərabər yaxşı da var. Yaxşı olun. Mənim də bəyənmədiyim nəsə ola bilər. Amma mən bu qələbənin, burda olmağımın xoşbəxtliyini yaşayıram. Necə gözəldi! Hər birimizə nəsib olsun!
Mənsə Cıdır düzündəyəm. Başqa Şəkil də paylaşmıram, ona da bir əyri qulp qoyanlar var.