Hadı Rəcəbli ilə vida mərasimi keçirilib - FOTO 

Gündəm 13:54 / 17.04.2024 Baxış sayı: 1187

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

Yenises.az xəbər verir ki, "Təzəpir"məscidində keçirilən vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Ombudsman Səbinə Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti İsa Həbibbəyli, sabiq və indiki millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.