Firidun Agazadə- OLUR

Ədəbiyyat 16:30 / 09.05.2026 Baxış sayı: 217

Eşqin sorağını alınca könül,

Düşür pərvanətək dalınca könül.

Aldana-aldana qalınca könül,

Bağrını yandırır köz, şirin olur.

 

Arzuya, istəyə varmı qadağa?!

Şirin cilvələrə canım sadağa.

Üz-üzə, göz-gözə, dodaq-dodağa

Söhbət şirin olur, söz şirin olur.

 

Hər yetən nə bilir eşqin təhrini?

Fərhadtək çəkərəm Şirin qəhrini.

Artırmaq istəsən yarın mehrini,

Arada bir həftə küs, şirin olur