Əlirza HƏSRƏT - SEVDİYİM GÜNAH
Ədəbiyyat
11:45 / 24.06.2026
Baxış sayı: 251
Bəllidir hamıya arzum,niyyətim,
Dosta sədaqətim,eşqə biətim.
Dünyada ən böyük məğlubiyyətim,
Nadan qabağından qaçmağım olub.
Hələ ildırımtək coşub-çaxmağım,
Qurumuş arxlarda seltək axmağım,
Çiynimə yalandan qanad taxmağım,
Yalandan quş kimi uçmağım olub.
...Dönüb ümidlərim lalə düzünə,
Birinə göz qoysan,düşər yüzünə.
Sevdiyim günahdır,sənin üzünə-
Könlümü ürəkdən açmağım olub.